Yuxarı
    Bağlamaq

    Dünya futbolunda ən sürətli "het-trik" rekordu qeydə alınıb

    Sevilyanın futbolçusu Yaqo Aspas 4 dəqiqəyə 3 qol vurub

    Bakı. 4 dekabr. REPORT.AZ/ Dünya futbolunda 20 ilədək davam edən ən sürətli "het-trik" rekordu yenilənib. "Report"un məlumatına görə, "Sevilya" klubunun hücumçusu Yaqo Aspas İspaniya Kubokunun 1/16 final matçında 4 dəqiqəyə 3 qol vurub. 

    O, 58, 59 və 62-ci dəqiqələrdə fərqlənib. Görüş "Sevilya"nın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. 

    Qeyd edək ki, əvvəlki rekord İngiltərənin "Liverpul" klubunun əfsanəvi  oyunçusu Robbi Faulerə məxsus olub. Fauler 1994-cü ildə "Arsenal" komandası ilə matçda 4 dəqiqə 33 saniyəyə 3 qol vurub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi