Dubayda süpürgəçi tapdığı 55 min dollarlıq qızıl və brilyantla dolu çantanı polisə təhvil verib

Dubayda süpürgəçi tapdığı 55 min dollarlıq qızıl və brilyantla dolu çantanı polisə təhvil verib Bakı. 5 yanvar. REPORT.AZ/ Dubayda Hindistan əsilli süpürgəçi Vinakatar Amana Motabato Lal tapdığı qızıl və brilyantla dolu çantanı polis məntəqəsinə təhvil verib.
Maraqlı
5 Yanvar , 2018 01:37
Dubayda süpürgəçi tapdığı 55 min dollarlıq qızıl və brilyantla dolu çantanı polisə təhvil verib

Bakı. 5 yanvar. REPORT.AZ/ Dubayda Hindistan əsilli süpürgəçi Vinakatar Amana Motabato Lal tapdığı qızıl və brilyantla dolu çantanı polis məntəqəsinə təhvil verib.

"Report"un məlumatına görə, bu barədə "Gulf News" xəbər verib.

Xəbərdə bildirilir ki, o, 55 min dollarlıq (200 min dirhəm) qiymətli əşyaların olduğu çantanı Əl Kuzeys rayonundakı binalardan birində təmizləmə vaxtı tapıb.

Ərazi üzrə polis məntəqəsinin direktoru süpürgəçini dürüstlüyünə görə təşəkkürnamə diplomu ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi