Dubay polisi bomba zərərsizləşdirən dronu silahlanmaya qəbul edib

Dubay polisi bomba zərərsizləşdirən dronu silahlanmaya qəbul edib Dron test edilib və sürətli müdaxilə tələb edən vaxtlı bombaların zərərsizləşdirilməsi üçün istifadə olunacaq
Maraqlı
30 May , 2017 15:25
Dubay polisi bomba zərərsizləşdirən dronu silahlanmaya qəbul edib

Bakı. 30 may. REPORT.AZ/ Dubay polisi bomba zərərsizləşdirilməsi üçün pilotsuz uçan aparat - dron yaradıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, polis dronun artıq test edildiyini və sürətli müdaxilə tələb edən vaxtlı bombaların zərərsizləşdirilməsi üçün istifadə olunacağını deyib.

Dron 10 dəqiqə uça bilər və su atəşi ilə təchiz olunub. O, nəqliyyat vasitələrində və binalarda pəncərələri qıra bilər. Bundan əlavə, aparatda kamera quraşdırılıb və onun köməyi ilə mütəxəssislər bombanı məsafədən zərərsizləşdirəcəklər.

Son xəbərlər

Orphus sistemi