Çində dəniz mavi neon rənginə boyanıb - FOTO

Çində dəniz mavi neon rənginə boyanıb - FOTO Bu təbii fenomen bioluminesans adlanır
Maraqlı
7 May , 2018 08:32
Çində dəniz mavi neon rənginə boyanıb - FOTO

Bakı. 7 may. REPORT.AZ/ CGTN teleşirkəti Çinin Dalyan şəhərinin şimal-şərq sahilindən maraqlı görüntülər yayımlayıb.

“Report” xəbər verir ki, video kadrlarda dəniz suyunun sahildə tam olaraq mavi neon rənginə boyandığı müşahidə olunur.

Bu təbii fenomen bioluminesans adlanır.

Adətən belə hallara isti sularda rast gəlinir. Burada milyonlarla mikroorqanizmlər dalğaların təsirindən müəyyən rəngdə işıq saçırlar.

Bioloqların fikrincə, mikroorqanizmlər yırtıcıları qorxutmaq üçün də işıq saça bilirlər.

Son xəbərlər

Orphus sistemi