Yuxarı
    Bağlamaq

    Çin şirkəti gözəgörünməz PUA layihəsi üzərində işə başlayıb

    Layihənin həyata keçirilməsi ilə Çinin Aero-kosmik elmlər və sənayesi şirkəti məşğuldur

    Bakı. 9 mart. REPORT.AZ/ Çində gözə görünməz Pilotsuz Uçan Aparat (PUA) hazırlanması layihəsi üzərində işə başlayıblar.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu haqda “China Daily” məlumat yayıb.

    Layihənin həyata keçirilməsi ilə Çinin Aero-kosmik elmlər və sənayesi şirkəti məşğuldur.

    “Şirkət diqqətini az hiss edilən və yerətrafı kosmik məkanda uçan piltosuz aparatın hazırlanmasına cəmləyib”, - deyə, şirkətin baş direktorunun müavini Vey İnya bildirib.

    Aparatın taktiki-texniki göstəriciləri habelə hazır olacağı müddət və layihələrin başqa detalları barədə məlumat verilməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi