Yuxarı
    Bağlamaq

    ​Çin restoranı arıq qadınlara pulsuz yemək təklif edir

    Çəkisi 140 kq-dan çox olan kişilər də bu aksiyadan yararlana bilərlər

    Bakı. 15 dekabr. REPORT.AZ/ Çinin cənub-qərbindəki Çunsin şəhərində yerləşən "Na Huo" restoranı müştərilər üçün onların çəkisindən asılı olaraq endirimli və hətta pulsuz yeməklər nəzərdə tutan aksiya həyata keçirir.

    "Report" xəbər verir ki, sözügedən restoranda çəkisi 34 kq-dan az olan qadınlar və 140 kq-dan çox olan kişilər aldıqları yeməklərə görə pul ödəmirlər.

    Çəkisi 34 kq-dan çox olan qadınlar və 140 kq-dan aşağı olan kişilər isə ağırlıqlarına uyğun olaraq qiymətdə güzəşt əldə edirlər.

    Aksiyadan yararlanmaq istəyənlər tərəzidə özlərini çəkdirməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi