Bakı. 15 dekabr. REPORT.AZ/ Çinin cənub-qərbindəki Çunsin şəhərində yerləşən "Na Huo" restoranı müştərilər üçün onların çəkisindən asılı olaraq endirimli və hətta pulsuz yeməklər nəzərdə tutan aksiya həyata keçirir.
"Report" xəbər verir ki, sözügedən restoranda çəkisi 34 kq-dan az olan qadınlar və 140 kq-dan çox olan kişilər aldıqları yeməklərə görə pul ödəmirlər.
Çəkisi 34 kq-dan çox olan qadınlar və 140 kq-dan aşağı olan kişilər isə ağırlıqlarına uyğun olaraq qiymətdə güzəşt əldə edirlər.
Aksiyadan yararlanmaq istəyənlər tərəzidə özlərini çəkdirməlidirlər.