Britaniyanın ən varlı adamı keşmiş sovet vətəndaşıdır

Britaniyanın ən varlı adamı keşmiş sovet vətəndaşıdır Len Blavatnikin varidatı 13,17 milyard funt (20 milyard dollar) təşkil edir
Maraqlı
26 Aprel , 2015 20:07
Britaniyanın ən varlı adamı keşmiş sovet vətəndaşıdır

Bakı. 26 aprel. REPORT.AZ/ 1978-ci ildə SSRİ-dən mühacirət etmiş Warner Music şirkətinin rəhbəri Len Blavatnik Britaniyanın ən varlı adamı adlandırılıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Blavatnikin varidatını Sunday Times qəzeti 13,17 milyard funt (20 milyard dollar) olaraq dəyərləndirib.

Len Blavatnik qəzetin hər il tərtib etdiyi milyarderlər siyahısına bu il başçılıq edir.

Blavatnik 13 milyard funtluq varidaları olan Şri və Gopi Hinduja qardaşlarından qabağa çıxa bilib.

2 il əvvəl bu siyahiya daha bir keçmiş sovet vətəndaşı Əlişer Usmanov başçılıq edirdi. Sunday Times onun varidatını 9,8 milyard funt məbləğində qiymətləndirib.

Qəzetin qeyd etdiyinə görə, Britaniyanın ən zəngin 1000 nəfərinin varidatı son 10 il ərzində 2 dəfədən çox artaraq ümumilikdə 830 milyard dollara çatıb.

Son xəbərlər

Orphus sistemi