Braziliyada Cənubi Amerikanın ən qədim sakini sayılan qadının kəllə sümüyü tapılıb

Braziliyada Cənubi Amerikanın ən qədim sakini sayılan qadının kəllə sümüyü tapılıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Bir neçə gün əvvəl yanmış Braziliya Milli Muzeyinin qalıqları arasında Cənubi Amerikanın ən qədim sakini sayılan qadının kəllə sümüyü tapılıb.
Maraqlı
4 Sentyabr , 2018 21:13
Braziliyada Cənubi Amerikanın ən qədim sakini sayılan qadının kəllə sümüyü tapılıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bir neçə gün əvvəl yanmış Braziliya Milli Muzeyinin qalıqları arasında Cənubi Amerikanın ən qədim sakini sayılan qadının kəllə sümüyü tapılıb. 

"Report" "Jornal o Dia” nəşrinə istinadən xəbər verir ki, Luziya adı verilən qadının kəllə sümüyü Rio-de-Janeyro şəhərində  yanğınsöndürənlər tərəfindən başqa arxeoloji qalıqların saxlandığı otağın döşəməsi üstündə aşkarlanıb.

Yaşı 11 min ildən artıq olan tapıntı 1974-cü ildə Minas Jerais ştatındakı Lapa Vermella mağarasında braziliyalı və fransalı arxeoloqlar tərəfindən tapılmışdı. Luziyanın qitənin ilk sakinlərindən olduğu ehtimal edilir. Onun sümüyü Braziliya Milli Muzeyinin ən dəyərli eksponatlarından biri sayılırdı.

Hazırda mütəxəssislər bu sümüyün Luziyaya, yoxsa yanğında ölən şəxsə məxsus olduğunu araşdırırlar. 

Son xəbərlər

Orphus sistemi