Brayton şəhərində dünyanın ilk şaquli kanat yolu quraşdırılıb

Brayton şəhərində dünyanın ilk şaquli kanat yolu quraşdırılıb Şirkət tərəfindən Brayton şəhərinin sahilində dünyada ilk şaquli kanat yolu inşa olunub
Maraqlı
19 Yanvar , 2016 04:22
Brayton şəhərində dünyanın ilk şaquli kanat yolu quraşdırılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Birləşmiş Krallıqda “Londonun gözü” çarxının memarı olan Marks Barfield Architects şirkəti yeni layihə təqdim edib.

Şirkət tərəfindən Brayton şəhərinin sahilində dünyada ilk şaquli kanat yolu inşa olunub.

Birləşmiş Krallıqda şəhəri müşahidə etmək üçün tikilən ən hündür qüllə artıq British Airways i360 adlanan bina sayılır. Təxminən 162 metr hündürlüyü olan qüllənin şüşə vaqonu eyni zamanda 200 sərnişin daşıya biləcək. Tikintisi yenicə yekunlaşmış qüllənin aşağı hissəsində eyni anda 400 qonağı qəbul edə biləcək restoran fəaliyyət göstərəcək. British Airways şirkətinin maliyyə dəstəyi ilə tikilən qüllənin ilk sınağının bu ilin yayında keçirilməsi nəzərdə tutulur.

Qüllənin tikintisinə 2005-ci ildə başlanılıb, lakin iqtisadi böhrana görə 2008-ci ildə dayandırılıb. Tikinti işləri yenidən 2014-cü ildə bərpa olunub. Kanat yolu ilə axşamlar 20 dəqiqə, gündüzlər isə 30 dəqiqə sürəcək ekskursiya uşaqlar üçün 7.5 funt sterlinqə, böyüklər üçün isə 15 funt sterlinqə başa gələcək.

Son xəbərlər

Orphus sistemi