Böyük Britaniya şəkərə vergi tətbiq edib

Böyük Britaniya şəkərə vergi tətbiq edib Görülən tədbirlər əsasən uşaqlarda piylənmənin qarşısını almağa hesablanıb
Maraqlı
6 Aprel , 2018 12:37
Böyük Britaniya şəkərə vergi tətbiq edib

Bakı. 6 aprel. REPORT.AZ/ Böyük Britaniyada aprelin 6-dan etibarən piylənməyə səbəb olan şəkərli içkilərin istehsalını azaldacağı gözlənilən "şəkər vergi"si qüvvəyə minib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, vergi yığımı 100 millilitr mayedə şəkər payı 5 qramdan çox olan şirtin alkoqolsuz içkilərə tətbiq olunacaq. Şəkər payı 8 qramdan artıq olarsa, yüksək vergi dərəcəsi ödənəcək. Fəaliyyətini yenidən tənzimləməyən şirkətlərdən vergi qismində illik 240 milyon funt sterlinq (335,8 milyon dollar) tutulacaq.

Görülən tədbirlər, ilk növbədə, uşaqlarda piylənmənin qarşısını almağa hesablanıb. Toplanan pullar məktəblilərdə fiziki aktivliyi və balanslaşdırılmış qidalanmanı təşviq edən proqramlara sərf olunacaq.

Son xəbərlər

Orphus sistemi