BMT arxivinin məsulu: “Xruşşovun ayaqqabısının kürsüyə döyəcləməsi mifdir”

BMT arxivinin məsulu: “Xruşşovun ayaqqabısının kürsüyə döyəcləməsi mifdir” "72 yaşlı arxiv təkcə BMT-nin deyil, insanlığın inkişafının vacib mərhələsinin tarixidir"
Maraqlı
28 Oktyabr , 2017 10:19
BMT arxivinin məsulu: “Xruşşovun ayaqqabısının kürsüyə döyəcləməsi mifdir”

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Nikita Xruşşov BMT Baş Assamblaeyası kürsüsünü ayaqqabısı ilə deyil, yumruğu ilə döyəcləyib”.

“Report” istinadən xəbər verir ki, bunu BMT-nin nadir audio–vizual arxivinin məsul şəxsi Antoniu Da Silva “un.org”a müsahibəsində bildirib.

“Biz arxivdə barəsdinə miflər yayılmış məsələlərlə bağlı materiallar da aşkarlamışıq. Məsələn, Xruşşovun ayaqqabısını BMT Baş Assambeyasının kürsüsünə döyəcləməsi ilə bağlı yayılmış şayiə haqda material tapdıq. Həmin materialdan da görünür ki, Xruşşov kürsünü ayaqqabısı ilə deyil, yumruğu ilə döyəcləyib. Ancaq internetdə çoxlu sayda saxta fotolar tapmaq mümkündür. Ancaq bizim arxivdə o yoxdur”, - deyə, Antoniu Da Silava keçmiş SSRİ lideri Nikita Xruşşovla bağlı yayılan məlumat ilə bağlı deyib.

Onun sözlərinə görə, 72 yaşlı arxiv təkcə BMT-nin deyil, insanlığın inkişafının vacib mərhələsinin tarixidir. 

Son xəbərlər

Orphus sistemi