Bəzi ölkələrdə "Google", “Youtube” və “Gmail”in işləməməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Bəzi ölkələrdə "Google", “Youtube” və “Gmail”in işləməməsinin səbəbi açıqlanıb - YENİLƏNİB “Avropa optik magistral kabellərində irimiqyaslı qəza internet birləşmələrində fasilələrin yaranmasına səbəb olub”.
Maraqlı
19 Dekabr , 2019 14:03
Bəzi ölkələrdə Google, “Youtube” və “Gmail”in işləməməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

“Avropa optik magistral kabellərində irimiqyaslı qəza internet birləşmələrində fasilələrin yaranmasına səbəb olub”.

“Report” xəbər verir ki, bu barədə “Ucom” açıqlama yayıb.

Bildirilib ki, “Google”un interaktiv xəritəsinə əsasən, Azərbaycan, Almaniya, Avstriya, Belarus, Böyük Birtaniya, İrlandiya, İtaliyanın şimalı, İsveçrə, Türkiyə, Macarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Gürcüstan və Ermənistanda 1,5 saat internetdə fasilələr yaranıb, “Google" sistemi, o cümlədən Gmail”, “Youtube”, “Google Analytics”, “Google Play” işləməyib.

Qeyd edilib ki, qəzanın nəticələri aradan qaldırılır.


*** 12:19

Dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyə və Yaponiyada "Google" sistemi, “Youtube”, “Gmail”, “Google Analytics” platformaları işləmir.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki,  platformaların fəaliyyətində problem yaranıb.

Oxşar problemlə Azərbaycanın bəzi internet istifadəçiləri də üzləşiblər.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. 

Son xəbərlər

Orphus sistemi