Yuxarı

BBC-nin aparıcısı canlı yayımda bir neçə dəqiqə sakit oturub - VİDEO

BBC-nin aparıcısı canlı yayımda bir neçə dəqiqə sakit oturub - VİDEO
Bundan sonra telekanal işini dayandırıb
© Courtesy İmage

Bakı. 22 iyun. REPORT.AZ/ Britaniyanın BBC telekanalında xəbərlər verilişinin aparıcısı Hyu Edvards texniki nasazlıq üzündən canlı yayımda iki dəqiqədən çox dinməzcə oturub.

"Report" xəbər verir ki, bu barədə "The Guarduan" məlumat yayıb.

Tamaşaçıları təəccübləndirən hal efirdə cansıxıcı sükutun yaranması deyil, jurnalistin çox sərt və gərgin üz ifadəsi olub. Bununla belə sakitliyi bir neçə dəfə efirə gedən "Xəbərlərin təcili buraxılışı" verilişinin anonsu pozub. Bundan sonra telekanal işini dayandırıb.

Veriliş 4 dəqiqə gecikmə ilə bərpa olunub. Edvards buraxılışa salamlama və nasazlıqla əlaqədar üzürxahlıqla başlayıb.

İnsident sosial şəbəkələrdə qızğın reaksiya doğurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi