Yuxarı

Barak Obama ​14 günə 6 kitab oxumaq niyyətindədir

ABŞ prezidenti hazırda ailəsi ilə birlikdə məzuniyyətdədir

Bakı. 14 avqust. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama iki həftə ərzində 6 kitab oxumaq niyyətindədir.

"Report" xəbər verir ki, bu haqda "Politico" qəzeti məlumat yayıb.

O, 14 gündə Ceyms Solter, Etntoni Dorra, Elizabet Kolbert, Cump Lahiri, Ta-Nehsi Koutsa və Rona Çernou kimi müəlliflərin əsərlərini oxumaqda iddialıdır. 

Məlumatda bildirilib ki, B.Obama hazırda ailəsi ilə birlikdə məzuniyyətdədir. 16 günlük istirahət dövründə hər kitabın oxunması üçün onun 2 gün yarım vaxt sərf edəcəyi ehtimal olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi