Yuxarı
    Bağlamaq

    Banqladeşdə üzgüçülük dərsləri qanunla məcburi oldu

    Banqladeşdə hər il 5-17 yaşları arasında olan 18 min uşaq boğulur

    Bakı. 10 aprel. REPORT.AZ/ Banqladeş hökuməti uşaqların ölkənin çoxsaylı su yollarında və hövzələrində boğulmalarının qarşısını almaq məqsədilə məktəblərdə üzgüçülük dərsini icbari fənn elan edib. "Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, Banqladeşdə hər il 5-17 yaşları arasında olan 18 min uşaq boğulur.

    Təhsil Nazirliyi bildirib ki, yerli göl və gölmələr dərslərin keçilməsi üçün münasib vəziyyətə gətiriləcək.

    Suda boğulmalar Qanq çayının sahilində yerləşən Banqladeşdə gizli epidemiya adlandırılır. Qurbanlar əsasən yoxsul ailələrdən olan uşaqlardır.

    Təhsil naziri Nazrul Islam Khan AFP xəbər agentliyinə deyib ki, ölkədə hər gün 48 nəfər boğulur. O əlavə edir ki, bu, Avstraliyada göstəricilərindən dəfələrlə yüksək rəqəmdir.

    Banqladeşdə hər dörd uşaq ölümündən biri suda boğulma nəticəsində baş verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi