Yuxarı

​Azərbaycanda palçıq festivalı keçirilib - FOTO

Festivala Türkiyə, Gürcüstan və Rusiyadan iştirakçılar qatılıb

Bakı. 22 Avqust. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq "Palçıq festivalı" keçirilib.

“Report” xəbər verir ki, tədbir Qubanın II Nügədi kəndində “Nügədi göl”nün ətrafında baş tutub.

Festivala, həmçinin Türkiyə, Gürcüstan və Rusiyadan iştirakçılar qatılıb. Tədbir təşkilatçılarının sözlərinə görə, festivalın keçirilməsində məqsəd Azərbaycanı dünyaya tanıtmaq və ölkəyə turist cəlb etməkdir.

“Palçıq festival”ında gənclər palçığın içində kimin güclü olduğunu nümayiş etdirib. Festivalda palçıq vannası, güləş, stolüstü tennis, diskoteka və başqa əyləncələr yer alıb. Tədbirin uğurlu alındığı üçün hər il davam edəcəyi bildirilib.

Qeyd edək ki, festival, əsasən Amerika və Avropada, xüsusilə də, İspaniyada ənənə halını alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi