Yuxarı
    Bağlamaq

    ​Avstraliyada son 10 ilin ən güclü fırtınası baş verib

    Brisben Əyaləti Baş naziri Nyuman Kembel açıqlamasında fırtınada 12 adamın yüngül şəkildə xəsarət aldığını bildirib

    Bakı. 28 noyabr. REPORT.AZ/ Avstraliyanın Queensland əyalətinin paytaxtı Brisbenedə güclü fırtına nəticəsində minlərlə ev və iş yeri elektriksiz qalıb.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, təxminən iki həftə əvvəl G20 Liderlər Zirvəsinə ev sahibliyi edən Brisben şəhərini vuran fırtına, bəzi ev və iş yerlərinin damının uçmasına, ağacların aşmasına, çox sayda ev və iş yerinin elektriksiz qalmasına səbəb olub. Brisben şəhərində dünən saatda 141 kilometr sürətlə əsən fırtına zamanı tennis topu böyüklüyündə yağan dolu səbəbindən çox sayda nəqliyyat vasitəsi və ev zərər görüb.

    Brisben Əyaləti Baş naziri Nyuman Kembel açıqlamasında fırtınada 12 adamın yüngül şəkildə xəsarət aldığını bildirib. Həmçinin qeyd edib ki, belə güclü fırtınada kimsənin həyatını itirməməsi müsbət haldır.

    Müvafiq qrumların səlahiyyətli nümayəndələri fırtınanın təsirindən 642 elektrik xətti qopduğunu, nəticədə 105 min ev və iş yerinin elektriksiz qaldığını qeyd ediblər.

    İlkin hesablamalara görə, Brisbene şəhərinə fırtınanın vurduğu zərər 100 milyon dollardan çoxdur.

    Avstraliya Meteorologiya Bürosu fırtınanı son 10 ilin ən güclü fırtınası təyin edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi