Yuxarı
    Bağlamaq

    Avstraliya sahillərində "simasız" balıq tutulub - FOTO

    Balığın gözü yoxdur, ağzı isə başından aşağıda yerləşir© Twitter

    Bakı. 2 iyun. REPORT.AZ/ Alimlər Avstraliya sahillərində qeyri-adi "simasız" balıq tutublar.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Phys.org" elmi portalı məlumat yayıb.

    Latın dilində "Typhlonus nasus" adlanan qeyri-adi dərinsulu balığın gözü yoxdur, ağzı isə başından aşağıda yerləşir. Bu balıq növü ilk dəfə XIX əsrin 70-ci illərində elmi ekspedisiya tərəfindən "Challenger" gəmisində təsvir olunub.

    Alimlər təqribən 4 km. dərinlikdə 40 santimetr uzunluğunda nüsxə tutublar.

    "Bu, Yerin ən az tədqiq olunan hissəsidir", — deyə nəşr "Investigator" gəmisinin göyərtəsində olan elmi ekspedisiyanın rəhbəri Tim O'Haranın sözlərini sitat gətirib.

    Alimlər Avstraliyanın şərq sahillərinə ekspedisiya zamanı minlərlə dəniz orqanizmi tutmağa müvəffəq olublar ki, onların da əksəriyyəti əvvəllər elmə məlum olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi