Yuxarı

Auşvits həbs düşərgəsinin keçmiş dustağı planetin ən yaşlı kişi sakini olub

İsrail Kristal Polşada onun yaşını təsdiq edən sənədlərin tapılmasından sonra uzunömürlü rekordçu olub

Bakı. 11 mart. REPORT.AZ/ Holokostdan sağ çıxan 112 yaşlı İsrail Kristal (Yisrael Kristal) dünyanın ən yaşlı kişi sakini adına sahib çıxıb.

"Report" "The Times of İsrael"ə istinadən xəbər verir ki, o, Polşada yaşını təsdiq edən sənədlərin tapılmasından sonra uzunömürlü rekordçu olub. Arxiv sənədlərində İ.Kristalın 1918-ci ildə Lodz şəhərində yaşadığı aşkarlanıb. Həmin zaman onun 15 yaşı olub.

İ.Kristal 1903-cü il sentyabrın 15-də Jarnuvda (o vaxt Rusiya imperiyası ərazisində yerləşirdi) anadan olub. Ardından onun ailəsi Lodza köçüb və o, qənnadı fabrikində çalışmağa başlayıb. Nasist işğalı zamanı həyat yoldaşı ilə birlikdə Auşvits həbs düşərgəsində dustaq olan İ.Kristalın həyat yoldaşı elə oradaca ölüb. Müharibənin sonlarında cəmi 37 kq çəkidə olan dünyanın ən yaşlı kişi sakini o vaxtdan bəri İsraildə məskunlaşıb.

Xatırladaq ki, İ.Kristala qədər dünyanın ən yaşlı kişi sakini Yaponiyadan olan Yasutaro Koide hesab edilirdi. Ammao bu ilin yanvar ayında 112 yaşında vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi