Yuxarı
    Bağlamaq

    Argentina vətəndaşı 80 yaşında orta məktəbi bitirib

    Onun 7 övladı var

    Bakı. 29 dekabr. REPORT.AZ/ Argentinanın Las-Palmas şəhərinin sakini Uqo Auqusto Pinto 80 yaşında məktəbi bitirərək attestat alıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, o, ən yaxşı şagird kimi Argentina bayrağı ilə təltif olunub.

    U.A.Pinto deyib ki, yeniyetmə çağlarında orta məktəbi oxumaq imkanı olmayıb. O, aldığı bilikləri yaşlılar üçün nəzərdə tutulan mərkəzdə tətbiq edəcək.

    Ümumiyyətlə, Argentinada ən yaxşı şagird dövlət bayrağı ilə təltif edilir. Səksən yaşlı orta məktəb məzunu 52 il xanımı ilə birlikdə rəsmi nikahda olub. Uzun illər şəkər zavodunda maşın sexində işləyib. Onun 7 övladı var. Onlar Pintonun təshil almasını dəstəkləyiblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi