​Apple 2019-cu ildə elektromobil yaratmağı planlaşdırır

​Apple 2019-cu ildə elektromobil yaratmağı planlaşdırır Şirkət elektromobilin yaradılması ilə məşğul olan əməkdaşların sayını üç dəfə artırmaq niyyatindədir
Maraqlı
22 Sentyabr , 2015 16:05
​Apple 2019-cu ildə elektromobil yaratmağı planlaşdırır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Apple artıq 2019-ci ildə elektromobilin istehsalına başlamaq üçün işləri sürətləndirib. "Report" "Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, Titan adlanan bu layihə üzərində şirkət artıq bir ildən yuxarı müddətdir çalışır.

Hazırda Apple əvvəllər 600 nəfər təşkil edən və elektromobilin yaradılması ilə məşğul olan struktur əməkdaşlarının sayını üç dəfə artırır.

Bununla yanaşı bildirilir ki, şirkət həmçinin pilotsuz avtomobillərin yaradılması sahəsində çalışan mütəxəssisləri də işə cəlb edib.

Son xəbərlər

Orphus sistemi