Yuxarı

​Almaniyada yaşı 47 milyon il olan at qalıqları tapılıb

Tapıntı Almaniyanın Messel kommunasındakı gölün sahilində üzə çıxıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Almaniyanın Messel kommunasındakı gölün sahilində paleontoloqlar tərəfindən dişi atın qalıqları aşkar edilib.

"Report" Frankfurtun Zekenberq Tədqiqat İnstitutunun alimləri yaxşı vəziyyətdə olan daşlaşmış qalıqları təhlil edərək müəyyənləşdiriblər ki, onlar müasir atların əcdadı olan eoqippus (Eurohippus messelensis) növündən olan qədim atlara məxsusdur.

Radiokarbon təhlili göstərib ki, qalıqların yaşı təqribən 47 milyon il əvvələ aiddir.

At kiçik ölçülü olub, onun dırnaqları isə hələ formalaşmayıb, onların yerinə qabaq ayaqlarda dörd, arxa ayaqlarda isə üç barmaq olub. Madyanın hamilə olduğu bildirilir. Çünki, onun bədəninin içində at balasının skeleti tapılıb.

Alimlərin rəyinə görə, at vulkanik qazlarla zəhərlənmiş gölün suyu ilə susuzluğunu yatırdarkənn ölə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi