Yuxarı

​Almaniyada Napoleonun təqribən 200 əsgərinin qalığı tapılıb

Söhbət Böyük Ordunun 1813-cü ildə ölən əsgərlərindən gedir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Frankfurtda gələcək yaşayış kompleksinin tikinti meydançalarından birində Napoleonun Böyük Ordusunun 200-ə yaxın əsgərinin qalıqları tapılıb.

"Report" xəbər verir ki, bu barədə Frankfurt meri Olaf Kunits məlumat verib.

"Biz güman edirik ki, burada təqribən 200 nəfər dəfn edilib", – deyə o bildirib.

Olaf Kunits qeyd edib ki, "ilkin qiymətləndirmələrə görə, söhbət Böyük Ordunun 1813-cü ildə Fransaya geri qayıdarkən yolda həlak olan əsgərlərindən gedir".

Mer xatırladıb ki, Leypsiqdə acı məğlubiyyətdən sonra Fransaya qayıdarkən Frankfurt yaxınlığında yerləşən Hanau şəhərində döyüş baş verib. Həmin vaxt Napoleon 15 mindən çox əsgərini itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi