Alimlər Günəş sistemində daha bir planet aşkarlayıb

Alimlər Günəş sistemində daha bir planet aşkarlayıb Tədqiqatçıların fikrincə, planet Yerdən Neptunun orbiti ilə müqayisədə təxminən 20 dəfə uzaq məsafədə yerləşir
Maraqlı
21 Yanvar , 2016 12:44
Alimlər Günəş sistemində daha bir planet aşkarlayıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Kaliforniya Texnologiya İnstitutunun alimləri Maykl Braun və Konstantin Batıgin Günəş sistemində daha bir, doqquzuncu planetin olması qənaətinə gəlib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu planetin kütləsi Yerinkindən 10 dəfə çoxdur. Tədqiqatçıların fikrincə, planet Yerdən Neptunun orbiti ilə müqayisədə təxminən 20 dəfə uzaq məsafədə yerləşir.

Alimlər planeti günəş sisteminin periferiyasında olan "uzaq kosmos"a atılan nəhəng qaz toplusu hesab edir. Onun "uzaqda" qalmasının səbəbi kimi isə Yupiter və Saturn planetlərinin cazibə qüvvələrini göstəriblər.

Tədqiqatın müəllifləri hesab edir ki, müasir optik texnika buna imkan verməsə də, növbəti beş ildə astronomlar teleskop vasitəsilə "yeni" planeti görə biləcək. 

Son xəbərlər

Orphus sistemi