Yuxarı
    Bağlamaq

    Alimlər əhalisi ən tənbəl və hərəkətli olan ölkələri müəyyənləşdiriblər

    Gündəlik ən çox addımlayanlar Honkonq və Çin sakinləridir

    Bakı. 13 iyul. REPORT.AZ/ Stenford Universitetinin alimləri smartfonlardan alınan məlumatlar əsasında əhalisi ən tənbəl və hərəkətli olan ölkələri müəyyənləşdiriblər.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, araşdırmada dünyanın 111 ölkəsindən 717 min kişi və qadın iştirak edib. Onların piyada gəzmək vərdişi 95 gün ərzində tədqiq edilib.

    Bütün müasir smartfonların təchiz edildiyi akselerometrlərin köməyi ilə alimlər insanın atdığı addımların sayını hesablamağı bacarıblar. Məlum olub ki, tədqiq edilən ölkələrin vətəndaşları üçün gündəlik orta göstərici 4961 addım təşkil edir.

    Gündəlik ən çox addımlayanlar Honkonq (9880) və Çin (6189) sakinləridir. Ən tənbəllər isə Malayziya (3963), Səudiyyə Ərəbistanı (3807) və İndoneziyadır (3513).

    Alimlər qeyd ediblər ki, orta addım sayı ayrı-ayrı ölkələrdə orta piylənmə göstəricisi ilə bağlı deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi