Aleksandr Lukaşenko Vladimir Putini "QAZ-69"da gəzdirib və milli içkiyə qonaq edib - FOTO

Aleksandr Lukaşenko Vladimir Putini "QAZ-69"da gəzdirib və milli içkiyə qonaq edib - FOTO Bakı. 12 oktyabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.
Maraqlı
12 Oktyabr , 2018 23:09
Aleksandr Lukaşenko Vladimir Putini QAZ-69da gəzdirib və milli içkiyə qonaq edib - FOTO

Bakı. 12 oktyabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.

"Report"un məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, A.Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.

Bundan əlavə, Lukaşenko Rusiya Federasiyasının rəhbərini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib.

Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. 

Son xəbərlər

Orphus sistemi