Yuxarı

Afrikada naməlum şəxs Arnold Şvarseneggerə hücum edib - VİDEO - FOTO

Afrikada tanınmış aktyor Arnold Şvarseneggerə hücum olunub

Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerə hücum edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən "Arnold Klassik" yarışında baş verib.

Belə ki, naməlum şəxs qaçaraq tullanıb və ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvarsenegger aldığı zərbədən yıxılıb.

Hücum edən şəxs mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb. 

Aktyor hadisə zamanı xəsarət almayıb. O, bir neçə dəqiqədən sonra öz yerinə qayıdıb və seyrçilərlə ünsiyyətini davam ertdirib. 

Daha əvvəl Rusiyalı qrossmeyster Sergey Karyakin aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi