​Afrikada ağciyərlə tənəffüs edən balıq aşkarlanıb

​Afrikada ağciyərlə tənəffüs edən balıq aşkarlanıb Əlverişsiz şəraitdə balığın orqanizmində bütün həyati vacib proseslər dayanır və onlar dərin yuxuya gedir
Maraqlı
18 Avqust , 2015 22:21
​Afrikada ağciyərlə tənəffüs edən balıq aşkarlanıb

Bakı. 18 avqust. REPORT.AZ/ Afrikada ağciyərlə də tənəffüs edən balıq (Neoceratodus forsteri) aşkarlayıblar. 

"Report" "The Daily Mail"ə istinadən xəbər verir ki, əlverişsiz şəraitdə balığın orqanizmində bütün həyati vacib proseslər dayanır və onlar dərin yuxuya gedir. Bu vəziyyət 3-5 ilədək uzana bilər. Balıq bu müddət ərzində susuz və qidalanmadan, ifrazat etmədən yaşayır. Balıq şirin suya çatanadək yatmış vəziyyətdə qalır.

Alimlər bu müddətdə suda yaşayan bu heyvanın hüceyrələrində baş verənləri araşdırır və insanları da latergiya yuxusu ilə yükləməyin mümkünlüyünə əmindirlər. Mütəxəssislər hesab edir ki, balığın həyat tərzini öyrənməklə ağır vəziyyətdə olan xəstəni sağaltmaq üçün həkimlərə "vaxt qazanmaq"da yardım etmək mümkündür.

Alimlər balığın orqanizmi və yaşayışının öyrənilməsinin insanın uzaq kosmosa uçmasına da köməyi ola bilər.

Dördayaqlılara yaxın ağciyərli bu balıq sudan heç vaxt çıxmayıb. Onun anatomiyası tənəffüs sisteminin təkamüllə bağlı ehtimal irəli sürməyə də əsas verir. 

Son xəbərlər

Orphus sistemi