Yuxarı
    Bağlamaq

    ABŞ vətəndaşına elektrik enerjisindən istifadəyə görə 284 mlrd. dollar borc yazılıb

    Hadisə Pensilvaniya ştatında baş verib

    Bakı. 25 dekabr. REPORT.AZ/ Pensilvaniya ştatında yaşayan amerikalı qadına elektrik enerjisindən istifadəyə görə 284 milyard dollar məbləğində borc yazılıb.

    "Report" "Fox News"a istinadən xəbər verir ki, 58 yaşlı Yera Mariya Horomanskinin sözlərinə görə, bunu eşidərkən onu az qala infarkt vuracaqmış.

    Qadın və oğlu dərhal elektrik enerjisi tədarükçüsü ilə məsələni aydınlaşdırmağa yollanıb. Çünki qəbzdə yazılana əsasən, onlar 2018-ci il oktyabr ayının sonuna qədər göstərilən məbləği ödəməli imişlər.

    Məlum olub ki, şirkətdə səhvə yol verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi