Yuxarı

​Vəhşi təbiət daha bir heyvan növündən məhrum olub

ABŞ-da sonuncu erkək ağ kərkədan ölüb

Bakı. 16 dekabr. REPORT.AZ/Anqalifu ləqəbli ağ kərkədan 44 yaşında qocalıqdan ölüb.

"Report" xəbər verir ki, indi kərkədanların bu növünün nəsli kəsilməyə məhkumdur.

Hazırda yer üzərində bu heyvan növünün yalnız beş nümayəndəsi qalıb ki, onların da hamısı dişidir və Keniya qoruğunda yaşayır. Vəhşi təbiətdə onlara artıq rast gəlinmir.

Bütün şimal kərkədanları brakonyerlərin qurbanı olub. Məsələ burasındadır ki, bu heyvanın buynuzu on minlərlə dollara satılır. Onların satışından əldə olunan gəlir narkotik ticarəti ilə müqayisədə daha çoxdur.

Bu məhsulun alıcıları isə, bir qayda olaraq şərqi asiyalılardır. Onlar inanırlar ki, bu buyuzlar bütün xəstəliklərə şəfa verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi