Yuxarı
    Bağlamaq

    ABŞ-da tamamilə qadın heyət üzvlərindən ibarət təyyarə ilk reys edib

    Təyyarəni idarə etmiş iki pilot qadın olub

    Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ-ın "Southwest Airlines" aviaşirkətinə məxsus, tamamilə qadın heyət üzvlərindən ibarət təyyarə ilk reys edib.

    "Report"un RİA "Novoti"yə istinadən məlumatına görə, bu barədə şirkətin "Twitter"ində bildirilib.

    "Southwest Airlines" reysin göndərilməsindən əvvəlcə çəkilmiş fotonu yayıb. Qeyd edilir ki, "Boeing-737" Sent-Luisdən San-Fransiskoya uçub. Sərnişinlərə dörd bələdçi xidmət edib. Təyyarəni idarə etmiş iki pilot da həmçinin qadındır.

    "Twitter" istifadəçiləri bununla bağlı şərhlərdə "Southwest Airlines"in nailiyyətini yüksək qiymətləndiriblər.

    ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsinin məlumatlarına əsasən, 2016-cı ildəc lisenziyaya malik olan 584 minə yaxın pilotdan təxminən 39 min nəfəri qadın olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi