ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb - FOTO - VİDEO

ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb - FOTO - VİDEO Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-da qadın ölü hesab etdiyi qızına onilliklər sonra qovuşub.
Maraqlı
7 Dekabr , 2018 05:34
ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb - FOTO - VİDEO

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-da qadın "ölü" hesab etdiyi qızına onilliklər sonra qovuşub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Floridada baş verib.

Ştatın 88 yaşlı sakini Jenevyeva Purinton ölmüş zənn etdiyi qızını 69 il sonra tapıb. Məlumata görə, 69 il əvvəl həkimlər hansısa səbəbdən ana olan qadına körpəsinin ölü doğulduğunu bildiriblər. Bu səbəbdən uşaq başqa ailəyə verilib. Lakin o, böyüyüb və həmişə öz anasını tapmağı arzu edib. DNT testi və müasir texnologiya artıq böyümüş qadına öz arzusunu həyata keçirməyə - yenidən anasına qovuşmağa kömək edib.

Ana və övladı görüşərkən göz yaşlarını saxlaya bilməyiblər.

Son xəbərlər

Orphus sistemi