Yuxarı

​ABŞ-da nərə balığı qayığa hücum edib, 1 nəfər ölüb, 2-si yaralanıb

İnsident Florida ştatında çayda baş verib

Bakı. 5 iyul. REPORT.AZ/ ABŞ-da 5 yaşlı qız nərə balığının qayığa tullanması nəticəsində dünyasını dəyişib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, insident cümə axşamı Florida ştatının Suvonni çayında baş verib.

Hadisə nəticəsində, həmçinin qızın anası və 9 yaşlı qardaşı xəsarət alıb. Onlar Qeynsvill şəhər xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti barədə məlumat verilmir.

Agentliyin məlumatına görə, nərə balığı iki metrə qədər hündürlüyə tullanmaq iqtidarındadır. Balığın uzunluğu 2,4 metr, çəkisi isə 90 kiloqrama çata bilər.

Məlumata görə, 2015-ci ildə nərə balığının hücumu nəticəsində dörd nəfər zərər çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi