Yuxarı
    Bağlamaq

    ABŞ-da dünyanın ən qoca akvarium balığı ölüb

    Granddad ləqəbli balığın 90-dan çox yaşı varmış

    Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Çikaqo ştatındakı okeanariumda dünyanın ən qoca akvarium balığı ölüb.

    "Report"un məlumatına görə, bu barədə "Sky News" xəbər verib.

    Məlumata görə, "Granddad" (Baba) ləqəbli balığın 90-dan çox yaşı varmış. On bir kiloqramlıq balığın ötən həftə iştahı pozulub. Mütəxəssislər onu müayinə etdikdən sonra heyvanın daxili orqanlarının yaxşı fəaliyyət göstərmədiyini bildiriblər. İdarənin əməkdaşları əmindirlər ki, onun 100-ə yaxın yaşı varmış.

    Qeyd edək ki, dünyanın ən qoca akvarium balığı 1933-cü ildə Avstraliyadan ABŞ-a gətirilib. Həmin vaxt ona 100 milyondan çox insan tamaşa edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi