Yuxarı
    Bağlamaq

    ​ABŞ-da 14 saat suyun altında keçirən uşaq sağ qalıb

    Hadisə Yuta ştatında baş verib

    Bakı. 9 mart. REPORT.AZ/ Amerikanın Yuta ştatında 18 aylıq uşaq 14 saat qəza nəticəsində çaya düşən maşının içində qalıb.

    "Report" xəbər verir ki, bu barədə "Minneapolis Star Tribune" nəşrinin məlumatında bildirilir.

    Suda batmış avtomobili yerli balıqçı aşkar edib. Maşının salonunda uşağın 25 yaşlı anasının meyiti də olub.

    Fərziyyəyə görə, qəza martın 6-da yerli vaxtla saat 22.20-də - yerli sakinlər güclü səs eşidən zaman baş verib. Avtomobili dərhal tapmaq mümkün olmayıb. Çünki o, körpünün altında olub.

    Qeyd olunur ki, qız su ilə təmasdan yayına bilib. Belə ki, avtomobil çaya düşən zaman çevrilib. Suyun səviyyəsi ilə nisbətən dayaz olub. Xilas edilən uşaq hazırda xəstəxanadadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi