Yuxarı
    Bağlamaq

    35 ildən sonra 85 yaşında olan insanların sayı artacaq

    2100-cü ildə doğumda gözlənilən ömür müddətinin 100 il olacağını ehtimal edilir

    Bakı. 26 mart. REPORT.AZ/ 2050-ci ildə 85 yaşdan yuxarı olan insanların sayı 65 yaşlılara nisbətən altı dəfə çox olacaq. "Report" bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

    Mütəxəssislərin uzun zamandır apardığı araşdırmalar zamanı belə qənaətə gəlinib ki, səhiyyə və texnologiya sahələrindəki irəliləyişlər insanların yaşayış vəziyyətini daha da artırır. Məlumatda o da bildirilir ki, Avropada yaşlı əhali hərəkətsiz olduğu halda, Asiyada tamam əksinədir, yəni əhali burada daha çevikdilər. Misal olaraq, Fransada yaşlı əhalinin 7 faizdən 14 faizə yüksəlməsi üçün 115 il lazımdırsa, Çində eyni nisbətdə artım üçün yalnız 27 il keçməsi kifayətdir.

    Hazırda Çində və Hindistanda 65 yaş və daha yuxarı yaş həddində olan insanlar yaşayır. Bununla da həmin ölkələrdə bütün yaş qrupları ilə müqayisədə 80 və daha artıq yaş qrupunda olan ən yaşlı əhalinin 2040-cı ilə qədər 160 faiz artacağı güman edilir.

    Həmçinin qeyd edilir ki, Türkiyədə 1960 və 2008-ci illər arasında uzun ömürlülük 25 il artıb. Dünyada 2100-cü ildə doğumda gözlənilən ömür müddətinin 100 il olacağını ehtimal edilir. Bundan başqa, inkişaf edən ölkələrdə hər 7 nəfərdən biri 65 yaşdan yuxarıdırsa, 15 il sonra bu nisbətin hər 4 nəfərdən birində olacağı proqnozlaşdırılır. Odur ki, 2050-ci ildə 85 yaşdan yuxarı olan insanlrın sayı 65 yaşında olanların sayından altı dəfə çox olacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi