23 qat olimpiya çempionu 2,5 milyon dollara villa alıb

23 qat olimpiya çempionu 2,5 milyon dollara villa alıb Ən titullu olimpiyaçının yeni malikanəsinin sahəsi 560 kvadratmetrdir
Maraqlı
25 Avqust , 2016 10:44
23 qat olimpiya çempionu 2,5 milyon dollara villa alıb

Bakı. 25 avqust. REPORT.AZ/ Üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps ABŞ-ın Arizona ştatında 2,5 milyon dollara villa alıb. "Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, ən titullu olimpiyaçının yeni malikanəsinin sahəsi 560 kvadratmetrdir.

Evdə 5 yataq və qonaq, 6 vanna otağı və hovuz mövcuddur.

Qeyd edək ki, Maykl Felpsin illik gəliri 6,3 milyon dollardır. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 5 qızıl, 1 gümüş medal qazanıb. Bundan sonra Felps karyerasını başa vurduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi