Yuxarı

2030-cu ildə dünyada bəzi çaylar tamamilə donacaq

Günəşin aktivliyi 60 faiz azalacaq

Bakı. 13 iyul. REPORT.AZ/ 2030-2040-cı illərdə dünyada kiçik buz dövrü olacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ingiltərəli astrofiziklər məlumat yayıb.

Məlumatda bildirilir ki, 2030-cu ildə Günəşin aktivliyi 60 faiz azalacaq və bu səbəbdən dünyada kiçik də olsa buz dövrü baş verəcək.

1976-2008-ci illərdə baş verən üç Günəş dövriyyəsini analiz edən və günəşin gələcəkdəki fəaliyyətini 97 faiz düzgün təxmin edən mütəxəssislər 2030-2040-cı illərdə yaşanacaq kiçik buzlaşmanı bəzi çayların tarixdə ilk dəfə olaraq tamamilə donmasına səbəb olacağını iddia edir.

Mütəxəssislər 2030-cu illərdə müşahidə olunacaq iqlim dəyişikliklərinin həm Avropa, həm də Şimali Amerikada qışın sərt keçəcəyinə işarə etdiyini bildiriblər. Bu da 1645-1715-ci illərdə müşahidə olunan dövrü xatırladır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi