​2015-ci ilin brend rəngi müəyyənləşib

​2015-ci ilin brend rəngi müəyyənləşib "Pantone" Rəng İnstitutu Zoğalı rəngi seçib
Maraqlı
5 Dekabr , 2014 20:56
​2015-ci ilin brend rəngi müəyyənləşib
Bakı. 5 dekabr. REPORT.AZ/ "Pantone" Rəng İnstitutu 2015-ci ilin brend rəngini müəyyənləşdirib. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər il bir rəngi ön plana çıxararaq modaya liderlik edən "Pantone" 2015-ci il üçün qırmızı şərab və qırmızı tonlar ehtiva edən, qızıl qəhvəyiyə çalan darçın tonlarındakı Zoğalı rəngi seçib.

Zoğalı rəngin modadan kosmetikaya, ev dizaynına qədər bu ilin brendini müəyyənləşdirməsi gözlənilir. Bir çox dizayner və maraqlanan şəxslər beynəlxalq nüfuzuna görə Zoğalı rəngi zehni, bədəni və ruhu zənginləşdirən təsirə sahib bir rəng kimi qiymətləndiriblər.

"Pantone" mütəxəssisləri yaradıcılığa və yeni təcrübələr əldə etməyə təşviq edən bu rəngin həm qadınlar, həm də kişilər tərəfindən bərabər şəkildə istifadə edilə biləcəyini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi