Yuxarı
    Bağlamaq

    ​18 yaşlı amerikalı kobra ilanı ilə özünü öldürüb

    Hadisə onun valideynlərinin işlədiyi zoomağazada baş verib

    Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatında 18 yaşlı Qrent Tompson kobranın sancması nəticəsində ölüb.

    "Report" "USA Today"ə istinadən xəbər verir ki, hadisə oğlanın valideynlərinin işlədiyi zoomağazada baş verib.

    Ehtimala görə, zərərçəkən təhlükəli heyvanı qəsdən akvariumdan çıxarıb. Polisin bildirdiyinə görə, ilan gəncin sol çiyni və sağ qolundan dişləyib.

    Tibbi ekspertlərin qiymətləndirməsinə görə, Tompson sürünənin onu dişləməsinə müqavimət göstərməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi