10 kilometr hündürlükdən düşərək sağ qalan stüardessa Vesna Vuloviç vəfat edib

10 kilometr hündürlükdən düşərək sağ qalan stüardessa Vesna Vuloviç vəfat edib Onun adı Ginnes Rekordlar Kitabına daxil edilib
Maraqlı
24 Dekabr , 2016 12:57
10 kilometr hündürlükdən düşərək sağ qalan stüardessa Vesna Vuloviç vəfat edib

Bakı. 24 dekabr. REPORT.AZ/ 1972-ci ilin yanvarında Almaniyanın Hermsdorf şəhərində baş vermiş təyyarə qəzasında sağ qalan keçmiş stüardessa Vesna Vuloviç Belqradda 67 yaşında vəfat edib.

“Report” Serbiya KİV-inə istinadən xəbər verir ki, qadın dostların zənglərinə cavab vermədiyinə görə, onlar polisə müraciət edib. Polis əməkdaşları keçmiş stüardessanın evinə baş çəkərək onun cəsədini hamam otağında aşkar ediblər. Qeyd edilir ki, o, bir neçə gün əvvəl vəfat edib.

Vuloviçin ölüm səbəbi dəqiq bilinmir, lakin “Večernje novosti” nəşrinin yazdığına görə, onun səhhəti ilə bağlı problemləri olub.

44 il bundan öncə baş verən təyyarə qəzasının səbəbi hava gəmisinin göyərtəsinə keçirilən bombanın partlaması ehtimal edilir. Təyyarə havada partlayıb, göyərtəsində olan 28 sərnişindən isə yeganə sağ qalan serbiyalı stüardessa olub. O, paraşütsüz 10160 metrlik hündürlükdən yerə düşərək sağ qalıb. Vuloviç çoxsaylı zədələr və sınıqlar alıb və bir neçə gün komada olub.

1985-ci ildə, qəzadan 13 il sonra Vesna Vuloviçin adı Ginnes Rekordlar Kitabına daxil edilib. 

Son xəbərlər

Orphus sistemi