Yerin yaxınlığında yaşayış üçün potensial olan ekzoplanet aşkarlanıb

Yerin yaxınlığında yaşayış üçün potensial olan ekzoplanet aşkarlanıb Alimlər Yer planetinin yaxınlığında yaşayış üçün əlverişli ola biləcək "super-Yer"in kəşf edildiyini elan edərək onu "Su dünyası" adlandırıblar.
Maraqlı
28 Avqust , 2022 08:52
Yerin yaxınlığında yaşayış üçün potensial olan ekzoplanet aşkarlanıb

Alimlər Yer planetinin yaxınlığında yaşayış üçün əlverişli ola biləcək "super-Yer"in kəşf edildiyini elan edərək onu "Su dünyası" adlandırıblar.

Bu barədə “Report” “CBS News”a istinadən xəbər verir.

Kanadanın Monreal Universitetinin rəhbərlik etdiyi bir qrup alim Yer kimi potensial olaraq qayalı, lakin daha böyük olan ekzoplaneti aşkarlamaq üçün NASA-nın “Transiting Exoplanet Survey Satellite” (TESS) həmçinin yerüstü teleskopların müşahidələrindən istifadə edib. “TOI-1452 b” adlandırılan ekzoplanet planetimizdən təxminən 100 işıq ili uzaqlıqdakı qırmızı cırtdanın ətrafında fırlanır və elm adamlarının dediyinə görə, o, olduqca yaxındır.

Alimlər uzun müddət idi, digər okean planetlərinin mövcudluğunu fərz edirdilər, lakin bunu təsdiqləmək çətin idi. TOI-1452 b Yerdən təxminən 70 faiz böyükdür, dərin okeanın mövcudluğu barədə proqnozlara uyğundur, lakin bunu təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.

NASA tədqiqatçıları bildiriblər ki, bu, həm də atmosferi az və ya heç olmayan nəhəng qaya, hətta hidrogen və ya helium atmosferi olan qayalı planet də ola bilər.

Orbitin yaxınlığına baxmayaraq, o, “yaşayış zonası”ndadır, yəni planetin səthində su ola bilər.

Əgər ekzoplanetin su dünyası olduğu təsdiqlənsə, onun okeanı Yerinkindən əhəmiyyətli dərəcədə dərin olacaq.

Son xəbərlər

Orphus sistemi