Yer kürəsinin ən qoca sakini Kane Tanaka 117 yaşını qeyd edib.
Bu barədə “Report” “Kiodo” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, uzunömürlü qadının yaşadığı qocalar evində əlamətdar gün münasibətilə tort, şarlar və şamlardan ibarət əyləncə gecəsi təşkil olunub.
Qocalar evinin rəhbərliyi tərəfindən təşkil edilən mərasimə həmçinin kirayənişinlər də qoşulub. Mərasim iştirakçıları çiyələklə və kremlə bəzənmiş böyük torta qonaq olub.
"Çox dadlıdır. Yenə istəyirəm", - təntənənin səbəbkarı deyib.
Kane Tanaka 1903-cü ilin 2 yanvarında Fukuoka prefekturasında doğulub. O, doqquz uşaqlı ailədə yaşca yeddinci olub.
Kane Tanakanın adı 9 mart 2019-cu ildə Yer planetinin kişilər və qadınlar arasında ən qoca sakini kimi Ginnesin