Yaponiyada uzunömürlülərin sayı rekord həddə çatdı

Yaponiyada uzunömürlülərin sayı rekord həddə çatdı Yaponiyada yaşı 100-dən çox olan insanların sayı 80 min nəfəri ötüb.
Maraqlı
15 Sentyabr , 2020 08:43
Yaponiyada uzunömürlülərin sayı rekord həddə çatdı

Yaponiyada yaşı 100-dən çox olan insanların sayı 80 min nəfəri ötüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə, Əmək və Rifah Nazirliyi bildirib.

Qeyd edilir ki, hazırda Yaponiyada yaşı 100-dən çox olan 80 450 nəfər yaşayır. Ötən il ərzində bu göstərici daha 9 176 nəfər artıb. Onlardan 88 faizi - 70 975 nəfəri qadınlardır.

Nazirliyin məlumatına görə, ölkədə ən qoca qadının 117 yaşı var. O, Fukuoka prefekturasında məskunlaşıb. Ən qoca kişi isə Nara prefekturasında ömrünün 110-cu payızını yaşayır.

Yalnız keçən il Yaponiyada yaşı 100-dən çox olan insanların sayı ilk dəfə 70 min nəfəri ötüb.

Son xəbərlər

Orphus sistemi