Yaponiyada ninja muzeyi qarət olunub

Yaponiyada ninja muzeyi qarət olunub Yaponiyanın Mie prefekturasının (əyalətinin) İqa şəhərində fəaliyyət göstərən İqa-ryu (ninja ənənələrinin yerli cərəyanı) Ninja Muzeyindən içərisində 1 milyon yendən artıq, yəni 9400 ABŞ dolları nağd pul olan seyf oğurlanıb.
Maraqlı
20 Avqust , 2020 17:50
Yaponiyada ninja muzeyi qarət olunub

Yaponiyanın Mie prefekturasının (əyalətinin) İqa şəhərində fəaliyyət göstərən İqa-ryu (ninja ənənələrinin yerli cərəyanı) Ninja Muzeyindən içərisində 1 milyon yendən artıq, yəni 9 400 ABŞ dolları nağd pul olan seyf oğurlanıb.

”Report” “Kyodo”ya istinadən xəbər verir ki, feodal dövrünün məşhur hərb sənəti daşıyıcıları olan ninjalarla bağlı geniş çeşiddə nümunələr və məlumatlar olduğu muzeydən bazar ertəsi günü polisə həyəcan siqnalı çatdırıldı.

Hadisə yerinə gələn polis qapının linglə açıldığını, adətən, divar dibində olan seyfin yoxa çıxdığını görüb. 50 sm ölçülü, 150 kiloyadək çəkisi olan seyfdə ötən həftəsonu muzeyə gəlmiş 1 100 nəfərin ödədiyi girişhaqqı varmış.

Son xəbərlər

Orphus sistemi