Türkiyədə Makedoniyalı İskəndərin hərbi qarnizonunun qalıqları aşkarlandı

Türkiyədə Makedoniyalı İskəndərin hərbi qarnizonunun qalıqları aşkarlandı Türkiyənin Antalya əyalətindən Kaş rayonu ərazisində bir zamanlar mövcud olmuş qədim Patara şəhərində aparılan arxeoloji qazıntıların gedişatında tədqiqatçılar 2400 il yaşı olan mətbəxi və bir neçə artefakt aşkarlayıblar.
Maraqlı
7 Oktyabr , 2020 06:51
Türkiyədə Makedoniyalı İskəndərin hərbi qarnizonunun qalıqları aşkarlandı

Türkiyənin Antalya əyalətinin Kaş rayonu ərazisində bir zamanlar mövcud olmuş qədim Patara şəhərində aparılan arxeoloji qazıntıların gedişatında tədqiqatçılar 2400 il yaşı olan mətbəxi bir neçə artefaktı aşkarlayıblar.

“Report” xəbər verir ki, bu barədə Daily Sabah” bildirib.

Dosent və arxeoloqlar qrupu sədrinin müavini Ərkan Dündarın sözlərinə görə, xarabalıqlar və aşkarlanmış əşyalar həmin dövrün insanlarının gündəlik həyatı haqqında daha yaxşı məlumat toplamağa kömək edib. Burada qədim yaşayış məskəni ilə birlikdə vaxtı ilə Makedoniyalı İskəndərin hərbi qarnizonunun xarabalıqları da aşkarlanıb.

Böyük sərkərdə və Makedoniya rəhbəri bu regionda olub.

"O, ərazini tutduqdan sonra bir çox başqa yerlərdə olduğu kimi, burada da qarnizon yaradıb. Qarnizonda xidmət edən əsgərlər öz ailələrini bura gətiriblər.

Nəticədə ərazidə hərbi şəhərcik kimi yaşayış məntəqəsi olub", - Dündar deyib.

O, vurğulayıb ki, qazıntıların gedişatında alimlər yalnız silah yox, həm də məişətdə istifadə edilən predmetləri aşkarlayıblar. Beləcə, arxeoloqlar ən əhəmiyyətli tapıntını mətbəx adlandırıblar.

Burada mətbəxdən başqa həm də güzgünün, bəzək və digər əşyaların olduğu qadın otağı da aşkarlanıb.

"Biz görürük ki, qadınlar gözəl olmaq üçün tarix boyu həmişə özlərinə qulluq ediblər”, - Ərkan Dündar əlavə edib.

Son xəbərlər

Orphus sistemi