​Türkiyədə balıqçılar 300 kq ağırlığında küp tapıblar - FOTO

​Türkiyədə balıqçılar 300 kq ağırlığında küp tapıblar - FOTO Tarixi əşya araşdırılması üçün Trabzon şəhər muzeyinə veriləcək
Maraqlı
13 Fevral , 2016 18:49
​Türkiyədə balıqçılar 300 kq ağırlığında küp tapıblar - FOTO

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Trabzon əyalətinin sahillərində balıqçılar Bizans dövrünə aid olduğu iddia edilən küp çıxarıblar.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Məlumata görə, küpün hündürlüyü 1,5 metr, çəkisi 300 kq-dır.

Balıqçılar küpü Türkiyənin Qara dənizdəki Araklı limanına apararaq, onu yerli Mədəniyyə və Turizm İdarəsinə təhvil veriblər. Oradan isə küp araşdırılmaq üçün Trabzon şəhər muzeyinə veriləcək.

Son xəbərlər

Orphus sistemi