Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyə vətəndaşı Kamal Atakan Kırca "Change.org" saytında Türkiyənin Batman vilayətinin sərhədləri dəyişmək və onu komikslər qəhrəmanı Betmenin loqotipi halına salmaqla bağlı imza kampaniyası başladıb.
"Report" TASS-a istinadən xəbər verir ki, petisiya artıq 10 mindən çox adam tərəfindən dəstəklənib.
Petisiyaya mərkəzində Batman vilayətinin yarasa silueti kimi göründüyü Türkiyə xəritəsinin şəkli əlavə edilib.
"Batmana müəyyən dəyişikliklər lazımdır. Sərhədlərdən başlaya və onları daha realist edə bilərik", - kampaniya barədə məlumatda deyilir.
Qeyd edək ki, 2008-ci ildə vilayətin keçmiş rəhbəri Hüseyn Kalkan KİV vasitəsilə rejissor Kriftofer Nolan və "Warner Bros" studiyasını məhkəməyə vermək niyyətini açıqlayıb. Vali qərarını belə izah edib ki, Nolan Türkiyə hökumətini xəbərdar etmədən komiks qəhrəmanına adı çox öncədən yaranmış vilayətlə tam uyğun olan ad verib və həddindən artıq gəlir əldə edib.