​"Turkish Airlines" təyyarəsində doğulan müştərisini şirkətə stüard işinə qəbul edib

​"Turkish Airlines" təyyarəsində doğulan müştərisini şirkətə stüard işinə qəbul edib Erkan Geldi 1990-cı ildə İzmir-Frankfurt reysini həyata keçirən təyyarədə doğulub və ona həmin gün layneri idarə edən pilotun adı qoyulub
Maraqlı
22 Avqust , 2015 04:28
​Turkish Airlines təyyarəsində doğulan müştərisini şirkətə stüard işinə qəbul edib

Bakı. 22 avqust. REPORT.AZ/ "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarədə uçuş zamanı doğulan Türkiyə vətəndaşı Erkan Geldi bu şirkətdə stüard işinə qəbul edilib. 

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, E.Geldi 1990-cı ildə İzmir-Frankfurt reysini həyata keçirən təyyarədə doğulub və ona həmin gün layneri idarə edən pilotun adı qoyulub.

İngilis dili ixtisası üzrə diplomu alandan sonra E.Geldi şirkətə iş üçün müraciət edib. 

"Mən müsahibə zamanı niyə məhz bu peşəni seçmişəm sualına cavabım o oldu ki, peşə özü məni seçib", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi